17 yaşlı qızı intihara sövq etdirənləri gözləyən cəzalar: 4 il iş, 4 min cərimə...

saytların hazırlanması

Evə çatdırılma

17 yaşlı qızı intihara sövq etdirənləri gözləyən cəzalar: 4 il iş, 4 min cərimə...

Sosial

01 Avqust 2019 10:58 1319


Xəbər verdiyimiz kimi, Zaqatalada 17 yaşlı qız nişanına bir gün qalmış özünü asıb. Gülər Vüqar qızı İsmayılovanın ölüm səbəbi kimi onun zorla, 32 yaşlı şəxslə nişanlandırılması göstərilir. 

Bəs hüquq bu məsələdə nə deyir? Gənc qızın intihara əl atmasına səbəb olan ailə və yetkinlik yaşına çatmamış qızla ailə qurmaq həvəsinə düşən kişiyə hansı cəzalar verilə bilər?

Problemlə bağlı “Yeni Sabah”a şərh verən hüquqşünas Namizəd Səfərov həmin valideynlərin məsuliyyətə cəlb oluna biləcəyini deyib: Toyuqlu pizza

"Kimisə zorla ərə vermək qanunvericiliklə qadağandır. Şəxsi zorla evləndirməyə çalışan şəxslər, o cümlədən valideynlər məsuliyyətə cəlb oluna bilər. Qızın özünəqəsd etməsi məsələsinə gəldikdə isə, bununla bağlı da qanunvericilikdə nəzərdə tutulan maddələr var. Amma əvvəlcə dəqiqləşdirilməlidir ki,  doğrudan da kimsə onu özünü öldürmə dərəcəsinə çatdırıb. Onda  məsuliyyətə alınma ola bilər. Lakin praktikada bunun sübuta yetirilməsi çətin məsələdir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində isə mövzu ilə bağlı "Yeni Sabah"a bildirilib ki, hazırda monitorinq komissiyası Zaqatala rayonunda gender əsaslı zorakılıqla bağlı bütün dövlət orqanları ilə birləşib fəaliyyət göstərir:

"Bu faktla bağlı cinayət işi açılıb. Ailə üzvlərindən izahat götürülüb, müzakirə aparılır. Özünəqəsd həddinə çatdırmaya görə də cinayət işi açılıb. Qadını, xüsusilə də yetkinlik yaşına çatmayanları nigaha daxil olmağa məcbur etməklə bağlı 4 il azadlıqdan məhrum etmə və 4000 manatadək cərimə tətbiq olunur".

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!