Ukraynada yaşayan 170 azərbaycanlı Odessadan təxliyə olunub.
Yenisabah.az Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevin verdiyi məlumata əsasən xəbər verir ki, bu gün 170 soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkilatçılığı ilə Odessada yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb.
Onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir. pizza hut
Qeyd edək ki, Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlar səfərbər edib.
Nəzrin Vahid
Telegram kanalımız