170 nömrəli avtobus marşrutu üzrə qalib olan hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC iyulun 20-dən xəttin istismarını həyata keçirəcək.
Yenisabah.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyət Agentliyinin (AYNA) keçirdiyi müsabiqəyə əsasən, Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən marşrut xətti üzrə 15 avtobus 8 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marqarita pizza
Telegram kanalımız