18 gürcü koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

18 gürcü koronavirusdan öldü

Rəsmi

09 May 2021 11:45 1076


Gürcüstanda koronavirus qurbanlarının sayı durmadan artır. Son sutka ərzində qonşu ölkədə yeni növ koronavirusa 1089 yoluxma halı qeydə alınıb, 18 nəfər dünyasını dəyişib. 

Yenisabah.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 321 919 nəfərə,ölənlərin sayı isə 4 281 nəfərə çatıb. Dördpendirli pizza

Virusa yoluxanlardan 300 989 nəfərin sağaldığı bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!