“18 ildir ki, kirayədə yaşayıram, istərdim əməyim dövlət tərəfindən qiymətləndirilsin“

saytların hazırlanması

Evə çatdırılma

“18 ildir ki, kirayədə yaşayıram, istərdim əməyim dövlət tərəfindən qiymətləndirilsin“

Mədəniyyət

31 Dekabr 2021 21:50 2834


“Bu gün həm yeni il, həm də mənim doğum günümdür. Yeni ildə hər bir kəsə xoş günlər, xoş dəqiqələr arzulayıram. Nə arzularınız varsa hamısı həyata keçsin! Doğum günüm yeni ilə təsadüf etdiyi üçün uşaq vaxtı çox sevinirdim, amma indi yox (gülür). Mən heç vaxt hamını, ətrafımı, dostlarımı bir yerə yığıb doğum günümü qeyd edə bilmirəm. Çünki hər kəs öz evində olur. Belə də ki, sərf etmir, mal-mala qarışır (gülür). Ad günü hədiyyəsi də, yeni il də. Gün ərzində dostlarımla, ailəmlə, uşaqlarımla dincəlirəm, sona yaxın isə ata və anamın yanına gedirəm. Biz sənət adamı olduğumuza görə həm də səhnədə oluruq. Bu gün yox, amma sabah Şuşa Dövlət Musiqili Dram Teatrında yeni tamaşasında oynayacağam”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Mətanət Eres bildirib. O daha sonra ən böyük arzusunu dilə gətirib.

“Dünən gecə saat 12-ni keçəndən telefonum susmur. İstər sosial şəbəkələrdə yazıb məni təbrik edirlər, istərsə də telefonuma zəng vururlar. Sağ olsunlar! Mən hər zaman zarafatca deyirəm ki, ulduz aktrisayam (gülür). Hamı məni təbrik edəndə  yazır ki, “ulduz aktrisa” (gülür). Yeni ildə özümə yox, daha çox oğlum Hüseynə can sağlığı, möcüzə istəyirəm. Onun xəstəliyi keçib getsə inanın yenidən doğularam. 18 ildir ki, kirayədə yaşayıram, özümə həm də ev arzulayıram. 29 illik sənət fəaliyyətim var, istərdim bu əməyim də dövlət tərəfindən qiymətləndirilsin” deyə aktrisa bildirib. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar Baxışov
    Kefdilər eee vallah.24 ildi mənde dövlətə xidmət edirəm kirayədə qaliram.Dövlət menede ev ver deyim? Yerindən duran bir tanış tapıb ev istəmək adı ilə məqalə yazıdırir.Ay balam bu dövlət niye incəsənət ailesine ev verməlidi axı?Başqaları kime xidmət edirki guya?hamı dövlətə xidmət edirde.Secmiyerdiz incəsənəti.beyenmirsiz gedin başqa işlə mesqul olun besdirinde bucür özünüzü biabır etdiz.ayibdir.
    4 years ago