Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az noyabrın 18-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1830 - Belçika müstəqilliyini elan edib. Toyuqlu pizza
1870 - Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilib.
1918 - Litva Rusiyadan müstəqilliyini elan edib.
1928 - "Mikki Maus"un təqdimatı keçirilib.
1931 - Yaponiya qoşunları Mancuriyanı işğal edib.
1933 - İstanbul Darülfünunu İstanbul Universiteti adı ilə fəaliyyətə başlayıb.
1963 - Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirdi, Səddam Hüseyn həbs edilib.
1976 - 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar olub.
1983 - BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina edib.
1995 - Vatikan qadınlara dini vəzifə verilməsini qadağan edən qərarını qüvvədə saxlayıb
1997 - Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda 100-dən çox işçi həlak olub.
1999 - Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanıb.
Telegram kanalımız