18 yaşa qədər insanlar üçün siqaret çəkməyi qadağan edən ilk ölkə oldular

saytların hazırlanması

Evə çatdırılma

18 yaşa qədər insanlar üçün siqaret çəkməyi qadağan edən ilk ölkə oldular

Dünya

02 Noyabr 2025 13:19 245


Maldiv adaları 18 yaşa qədər insanlar üçün siqaret çəkməyi qadağan edən ilk ölkə olub.

"Yeni Sabah" bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.

Belə ki, 2025-ci il noyabrın 1-dən etibarən 2007-ci il yanvarın 1-dən sonra doğulan vətəndaşlara tütün məmulatlarını almaq, istifadə etmək və ya qəbul etmək qadağan edilir. Dominos pizza

Qadağa bütün növ tütün məhsullarına şamil olunur və pərakəndə satıcılar alıcıların yaşını yoxlamağa borcludurlar.

Bu tədbir turistlərə də şamil edilir. Bundan əlavə, elektron siqaretlər və veyplər bütün yaş qrupları üçün tamamilə qadağan olunub.

Qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulur:

- azyaşlıya tütün məmulatı satmaq - 50 000 rufi (3 200 dollar);

- veyp istifadə etmək - 5 000 rufi (320 dollar).\\Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!