18 yaşlı qız dəm qazından öldü, ana xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

18 yaşlı qız dəm qazından öldü, ana xəstəxanaya yerləşdirildi

Hadisə

09 May 2021 13:12 1055


Göyçay rayonunda ölüm hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, rayonun Bığır kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədova Gülnarə Məhəmməd qızı zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, övladı - 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı isə zəhərlənərək ölüb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Gülnarə Məmmədovanın qardaşı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğluna məxsus evdə baş verib. Ana və qızının dəm qazından zəhərləndiyi bildirilir. Fatimə Məmmədovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra  bilinəcək. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. (apa) Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!