18 yaşlı qızı oğurlayıb qaçırmaq istədi, “Ekologiya postu“nda saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

18 yaşlı qızı oğurlayıb qaçırmaq istədi, “Ekologiya postu“nda saxlanıldı

Sosial

10 Sentyabr 2019 14:38 1395


"Ekologiya postu"nda adam oğurlayan şəxs saxlanılıb.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb.

Hadisə Bakı şəhərində qeydə alınıb. Pepperoni pizza

Dərhal aparılan əməliyyat-axtarış nəticəsində müəyyən olunub ki, R.İslamov idarə etdiyi "Hyundai" markalı avtomobillə qızı Bakıdan Sumqayıt istiqamətinə aparıb. R.İslamovun avtomobili "Ekologiya postu"nda saxlanılıb. Qız xilas edilərək ailəsinə təhvil verilib, R.İslamov isə Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!