18 yaşlı türk rəsmən “Barselona”da

saytların hazırlanması

Evə çatdırılma

18 yaşlı türk rəsmən “Barselona”da

İdman

09 İyul 2021 16:57 1378


“Barselona” “Rapid”in (Vyana) türk əsilli avstriyalı futbolçusu Yusuf Demiri bir illik icarəyə götürüb.

Yenisabah.az xəbər verir ki, bu haqda Kataloniya klubunun saytı məlumat yayıb. Açıqlamada “Barselona”nın futbolçunu sonradan 10 milyon avro təzminat müqabilində birdəfəlik satınalma hüququna malik olduğu da bildirilib.

18 yaşlı Yusuf Demir yeni mövsümdən “Barselona”nın B komandasında oynayacaq. Pepperoni pizza

Hücumameylli yarımmüdafiəçi olan Yusuf Demir yetirməsi olduğu “Rapid”də ötən mövsüm 38 rəsmi matçda meydana çıxıb, 9 qol vurub və 4 qolun ötürməsini edib. Türkiyə deyil, Avstriya yığmasında oynamağı seçən Y.Demir millyə 1 dəfə çağırılıb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!