183 saatdan sonra xilas edildi: Sidiyini içərək sağ qaldı 

saytların hazırlanması

Evə çatdırılma

183 saatdan sonra xilas edildi: Sidiyini içərək sağ qaldı 

Maraqlı

16 Fevral 2023 14:07 783


Antakyada 62 yaşlı kişi 183 saat sonra dağıntılar altından xilas edilib. 

Bakupost.az türk mediasına istinadla bildirir ki, Hatayın Antakya rayonunda 183 saat sonra dağıntılar altından xilas edilən 62 yaşlı Hüseyn Bərbər Mersin Şəhər Xəstəxanasına gətirilib. Burada müalicə alan Bərbər həmin anları İHA müxbirinə danışıb. 

Berber, "Dağıntılar altında idim, hər tərəf qaranlıq idi. O an davamlı qışqırırdım, amma heç kim yox idi. Bina 15 mərtəbəli idi. Binanın birinci mərtəbəsində idik. Zəlzələ olan an dərhal ayağa qalxdım.  Dördpendirli pizza

Uşaqlarım evdən çıxdılar, amma mən bacarmadım. Bu zaman yerə yıxıldım, divar uçdu, ortada qaldım. Üstümə xalça atdım. Evdə 5 nəfər idik. Dağıntılar zamanı onlara səsləndim. Onlardan heç bir səs eşitməyəndə xilas olduqlarını başa düşdüm. Yuxarıda iş görüldüyünü eşidəndə bir az rahatladım, amma qışqırmaqdan boğazım şişdi”, - deyə o, bildirib. 

Şəkər xəstəsi olduğunu qeyd edən Berber, "Yatdığım yerdə bir butulka su və dərman var idi. Xoşbəxtlikdən hamısı yanıma düşdü. İçdim. Təbii ki, bir müddət sonra suyum bitdi. Sonra butulkaya idrarımı etdim, gözlədim, soyuyanda içdim. Bununla özümü xilas etdim. Komandalar gələnə qədər olduğum yerdə oturdum”, - dedi. 

Mersin Şəhər Xəstəxanasında çalışan və Hüseyn Berberə yaerdım edən anestezioloq Çağlar Aksoy Çolak, Berberin onlara gəldiyi zaman vəziyyətinin stabil olduğunu deyib: “Burada müalicə aldı. Vəziyyəti yaxşıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!