Bacısını barda işlədiyi üçün qtlə yetirən qardaş yenidən hakim qarşısına çıxarılacaq.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Turabov Qalib Nağı oğlunun məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərov sədrlik edəcək.
Qeyd edək ki, 2000-cı il təvəllüdlü Q.Turabov özündən 2 yaş böyük bacısı Pərvanəni ötən il Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanında qətlə yetriib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. İlkin ifadəsində Qalib qətli namus üstündə törətdiyini deyib. Bu iş üzrə məhkəmədə dindirilən şahidlərdən biri Səbinə Tağıyeva olub. pizza sifarişi
Məlum olub ki, Səbinə qətlə yetirilən Pərvanənin işlədiyi gecə klubunun icarədarlarından biri olub. Səbinə molla nikahı ilə birlikdə yaşadığı Əflatun Zeynalovla "Arena Pab" adlı klubu işlədiblər. Bundan əvvəl də onlar "Torqovi"də bir neçə gecə klubunu icarəyə götürüblər. Pərvanədən başqa klubda daha 7 qız da ofisiant kimi çalışıb. Onların yüngül həyat tərzi sürdüyü deyilsə də, Səbinə Tağıyeva bunu inkar edib. Səbinənin bu işə görə şahid qismində dindirilməsi onun mərhumla yaxın münasibətinin olması ilə əlaqədar olub. Hətta Pərvanə bir neçə gün onun evində yaşayıb. Bu münasibətlərdən və Pərvanənin yaşadıqları haqda bildiklərini danışan Səbinə bunları deyib: "Pərvanə bizdə işləməyə başlayanda yaşının 18-dən çox olduğunu demişdi. Əvvəlcə demişdi ki, anasıgillə yaşayır. Sonradan bildim ki, ailəsi onun klubda işləməsindən xəbərsizdir və ailəsi ilə problemi var. Bir müddət sonra Pərvanə bizim klubda işləyən Toğrulla sevgili oldu. Həmin ərəfədə Pərvanə bir neçə gün bizdə qaldı. Mən onların birlikdə yaşamasını istəyirdim. Bir dəfə də Pərvanənin ailəsigilə getdik ki, onların barışmasına razılıq alaq. Amma elə bir neçə dəqiqə sonra biz ordan ayrıldıq. Razı olmadıqlarını başa düşdük"- deyə şahid bildirib.
Məhkəmədə Səbinəyə verilən suallardan məlum olub ki, onlar Pərvanənin ailəsinin evinə elçiliyə gediblərmiş. Hətta yalandan başqa bir qadını da özləri ilə apararaq Toğrulun anası kimi təqdim ediblər. Səbinə bu deyilənləri əvvəlcə inkar edib. Amma sonradan etiraf edib ki, bunları etməkdə məqsədi bir-birlərini sevən gəncləri qovuşdurmaq olub.
Hakim deyib ki, Səbinənin məsuliyyətsizliyi və ona aid olmayan məsələlərə müdaxiləsi bir ailənin faciəsinə səbəb olub. Səbinə və Əflatun gündəlik qazanclarının 500-1000 manat arası olduğunu da bildiriblər.
Prosesdə əsas şahidlərdən biri olan Aysel Qurbanova da dindirilib. Məlum olub ki, Pərvanə qətlə yetirilən zaman onun yanında olan əsas şəxs olub. Aysel deyib ki, ailəsinin maddi imkanları yaxşı olmadığı üçün gecə klublarında ofisiant kimi işləməyə başlayıb. 20 yaşı olan Aysel bildirib ki, hadisə baş verən gün ilk gün imiş ki, "Arena Pab"a gəlibmiş: "Mən iş axtarırdım. Elanı görəndən sonra kluba gəldim. Orada Pərvanə ilə tanış oldum. Biz viski və spirtli içki qəbul elədik. Pərvanə də içmişdi. Bir az keçəndən sonra Pərvanə dedi ki, özünü yaxşı hiss eləmir. Mənə dedi ki, gəl çölə çıxaq. Mən istəmədim, amma əlimdən tutaraq məni dartmağa başladı. Mən xətrinə dəyməsin deyə onunla getdim. Bir az həyətdə gəzdik, söhbət elədik. Yolda qarşımıza bir nəfər çıxdı. Onun yanında iti də var idi. Belə başa düşdüm ki, Pərvanə həmin adamı və iti əvvəlcə də görmüşdü. İti qucaqlayaraq onunla oynamağa başladı. Mən bir az kənarda dayanmışdım. Birdən gördüm ki, kimsə əlində nə iləsə Pərvanəni vurmağa başladı. Mən artıq şoka düşmüşdüm. Özümü idarə edə bilmirdim. Pərvanənin qaçdığını gördüm. Onun arxasınca getdim. Biz artıq çatanda Pərvanə qan içində yerdə uzanmışdı. Ətrafa da xeyli insan toplaşmışdı".
Aysel suallara cavab verən zaman işlədiyi klubda onlara pulsuz viski verildiyini deyib. Amma obyektin icarədarı Əflatun bunu inkar edib. Deyib ki, Aysel cəmi 4 gün kluba gəlib və həmin ərəfədə də heç kimə pulsuz içki verilməyib.
Azər İsrafilov
Telegram kanalımız