1918-ci ilin mart hadisələri ötən əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qanlı soyqırımlardan biridir

saytların hazırlanması

Evə çatdırılma

1918-ci ilin mart hadisələri ötən əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qanlı soyqırımlardan biridir

Siyasət

31 Mart 2025 22:45 394


Bu faktlar inkaredilməzdir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilib.  Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdılar.  

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, illər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və ictimaiyyətə çatdırılır. Tarix saxtakarlığı sevmir, faktlara söykənir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin çağırışlarından biri bu oldu ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Ümummilli Lider ziyalılara keçirdiyi görüşdə tarixçilərin qarşısında bir sıra vəzifələr qoydu ki, onlardan da biri, ən önəmlisi faktların dili ilə yeni nəşrlərin  çap etdirilməsi, araşdırmaların miqyasının daha da genişləndirilməsi, kitabların, elm məqalələrin  müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırılması oldu. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması da həqiqətlərimizin təbliği, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılması istiqamətində mühüm addım oldu.   Toyuqlu pizza

Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, tariximizin Zəfər səhifəsini yazan Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Dövlətimizin başçısının imzaladığı Sərəncam ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı da bunun bariz nümunəsidir. Quba soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilərək açılışı oldu. Dövlətimizin başçısı Soyqırımı Memorial Kompleksinin açılışı mərasimində bu çağırışı etmişdir ki, Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.

Milli Məclisin deputatı erməni vəhşiliyinin növbəti təzahürü olan Xocalı soyqırımından da bəhs edib. Bildirib ki, Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dinc əhalini kütləvi qətliama məruz qoyan ermənilərin məqsədi bir rayonun əhalisini tamamilə yer üzündən silmək idi. Onların insanlıq əleyhinə törətdikləri bu cinayəti yalnız dünya tarixində dərin iz qoymuş Xatın, Lidise, Holokost və Ruanda kimi faciələrlə müqayisə etmək olar. Təəssüflər olsun ki, əksər dünya dövlətləri, beynəlxalq təşkilatlar hələ də Xocalı faciəsinə lazımi qiymət verməyib. Bu faciədən  33 il keçsə də xalqımız üçün sağalmaz yaradır.

Vüqar Rəhimzadə  bildirib ki, Prezident İlham Əliyev çıxışlarında tarixi faktlar əsasında ermənilərin başımıza gətirdikləri faciələri, törətdikləri vəhşilikləri diqqətə çatdırır. Dünya gücləri bu reallıqların fonunda yenə də ermənilərə dəstəklərini davam etdirirsə, bu, artıq hüquq probleminin yaşandığını, ədalətin və beynəlxalq hüququn  maraqların arxasında əridiyini nümayiş etdirir. Təkcə Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Həqiqətlərimizin təbliğində Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. İşğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin nümayişidir. Hazırda 30 illik işğal dövrünün dağıntılarını genişmiqyaslı bərpa-quruculuq işləri əvəzləyir. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev 2022-ci ilin  dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” söyləyərək bu reallığı da diqqətə çatdırdı ki, ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da  bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!