2 aydır komada olan tanınmış məşqçidən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

2 aydır komada olan tanınmış məşqçidən xəbər var

İdman

10 Yanvar 2021 11:49 894


Koronavirusa yoluxan Azərbaycanın tanınmış məşqçisi Qəhrəman Əliyev hələ komadan ayılmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə mətbuata onun qohumları məlumat verib.

Bildirilib ki, dekabrın 14-də Bakıdan Masallıya gətirilərək, özəl klinakaların birinə yerləşdirilən mütəxəssisin müalicə prosesi davam etməkdədir. İki aydan artıqdır komada olan çalışdırıcının sağlıq durumu orta-ağır qiymətləndirilir. Dördpendirli pizza

Düzdür, virusun əlamətləri artıq ağciyərdə özünü göstərmir, ancaq uzun müddətdir hərəkətsiz qaldığı üçün bədənin müxtəlif nahiyələrində yaralar əmələ gəlib. Həkimlər gündə 2 fizioterapiya kursu ilə onun əzalarını oyatmağa çalışır.

Tibbi personal ötən müddətdə beyin insultu keçirmiş Qəhrəman bəyin nə vaxt komadan çıxacağını proqnozlaşdırmağa çətinlik çəkir. Bu, pasiyentin immun sisteminin yaşadığı problemlərə müqavimət gücündən asılıdır. Son rəy isə budur ki, müalicə proseduru daha 6 ay davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!