2 güləşçimiz dünya çempionu oldu 

saytların hazırlanması

Evə çatdırılma

2 güləşçimiz dünya çempionu oldu 

İdman

31 İyul 2022 00:01 1455


İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz 2 qızıl medal qazanıb.

Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif dünya çempionu olub. Marqarita pizza

İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabıyla qalib gələrək dünya çempionu olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!