"Sabah"ın və "Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, bu gün keçirilən püşkatma zamanı Azərbaycan sözügedən ilk klubu 4-cü qrupda yer alıb.
"Sabah" - "Partizan" (Serbiya) cütü püşkdə səpələnmişlərdə olub. Sezar pizza
"Sabah" III-cü raundda Serbiya klubu "Partizan"ı keşcə, "Styaua" (Rumıniya) - "Nordsyelland" (Danimarka) cütünün qalibi ilə oynayacaq. "Sabah" - "Partizan" cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.
"Neftçi" isə UEFA Konfrans Liqasının pley-off mərhələsində 2-ci qrupda yer alıb.
O, III təsnifat mərhələsində Türkiyə klubu "Beşiktaş"la qarşılaşacaq "Neftçi"nin cütü səpələnməmişlər səbətində olub.
"Neftçi" III raundda Türkiyənin "Beşiktaş" komandasını keçsə, "Dinamo" (Kiyev, Ukrayna) - "Aris" (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" - "Beşiktaş" cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.
Telegram kanalımız