2 məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

2 məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Sosial

20 May 2025 11:03 362


Paytaxt məktəblərində monitorinqlərdən sonra 2 direktor işdən çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib. Sezar pizza

Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə mayın 16-da xitam verilib.

İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi mayın 19-dan ləğv edilib.

Direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Xatırladaq ki, bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılmış, həmin direktorla olan əmək münasibətlərimizə son verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ELƏ məktəb direktoru varmı ki məktəb Mənimsəyib RÜŞVƏT almasın? BELƏ ÇIXIR Kİ TƏHSİL NAZİRİ VƏ ONUN İŞÇİLƏRİ DÜZGÜN SEÇİLMƏYİBLƏT. HAMISI TƏHSİLDƏN UZAQ TANIŞLAR NAZİRLİYİ YARITMAZ HALA SALIBLAR.
    12 months ago