2 məşqçiyə 5 oyunluq cəza - AFFA qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

2 məşqçiyə 5 oyunluq cəza - AFFA qərar verdi

İdman

05 Dekabr 2024 17:57 780


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda aşağı liqalarda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

AFFA Gənclər Liqasında keçirilən "Sumqayıt"  - "Zirə" oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyun cəzalandırılıb. Marqarita pizza

U-14 Liqasında keçirilən "Çinar" (Gəncə) – "Azəri" (Gəncə) oyununda  meydan sahiblərinin baş məşqçisi Elçin Quziryani texniki zona qaydalarını pozduğuna görə, eyni zamanda hakimlər briqadasını təhqir və fiziki təzyiq etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!