2 nəfər itkin düşmüş şəxs tapılıb

saytların hazırlanması

Evə çatdırılma

2 nəfər itkin düşmüş şəxs tapılıb

Sosial

19 Fevral 2020 09:49 659


Fevralın 18-də paytaxt ərazisində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 28 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən "Yeni Sabah"a verilən məlumata görə, hadisələrdən 10-u əvvəlki dövrlərlə bağlı olan cinayətlərdir. Narkotiklərlə əlaqəli 3, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 5 və eləcə də, baş verən digər oğurluq hadisələri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində daha 15 faktın üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə, ümumilikdə 16 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib. Baş verən bütün faktlar üzrə araşdırmalar davam etdirilir. Kamil
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!