2 nəfərin ölümünə səbəb olan anbar sahibi kimdir?   – Məhkəmə

saytların hazırlanması

Evə çatdırılma

2 nəfərin ölümünə səbəb olan anbar sahibi kimdir? – Məhkəmə

Kriminal

20 Aprel 2020 14:42 976


Tanınmış spirtli içkilərin boş şüşələrini satan anbar sahibi məhkəmə qarşısına çıxarılacaq. 

“Yeni Sabah”ın məlumatına görə, istintaq orqanı Cinayət Məcəlləsinin 200.4-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən Həsənov Səxavəddin Fəxrəddin oğlunun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə vəsatət verib. Məhkəmə prosesi hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, ötən ilin dekabr ayında Bakıda tanınmış spirtli içkilərin boş şüşə və qapaqlarını satan anbar aşkar edilib.  Dördpendirli pizza

Belə ki, anbar Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında yerləşib. "Səxavəddin Həsənova məxsus Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub". 

Bundan başqa, Xəyal Cəfərov adlı şəxs Səxavəddin Həsənovdan boş şüşə və qapaqlar alaraq saxta spirtli içkilər istehsal edib. Saxta işçiklər Bakıdakı bir neçə restorana, o cümlədən “Baku Voice Rooms”, “Baku City” və “Everest” restoranlarına satılıb. 

Artıq bu içkilərdən 6 nəfər zəhərlənib, onlardan 2-si vəfat edib. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!