2 saatlıq icazəylə rayondan çıxmaq istədi, həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

2 saatlıq icazəylə rayondan çıxmaq istədi, həbs edildi

Kriminal

22 Aprel 2020 14:35 826


Samuxda karantin rejimini pozan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, aprelin 20-də Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmağa icazə alıb. 

Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib. Bu zaman rayonunun çıxışında xidmət aparan polis əməkdaşları, vətəndaşa karantin qaydalarını izah edərək bunun yol verilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər.  Sezar pizza

Ş. Əliyev polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux rayon Polis Şöbəsinə gətirilib. Məhkəmənin qərarı ilə Ş. Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!