2 türk futbolçu “Balondor”a namizəddir 

saytların hazırlanması

Evə çatdırılma

2 türk futbolçu “Balondor”a namizəddir 

İdman

05 Sentyabr 2024 15:23 768


UEFA hər il mövsümün ən yaxşı futbolçusuna verilən “Balondor” mükafatına namizədləri açıqlayıb. Siyahıda 2 türk futbolçu da yer alıb. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsas mükafata namizədlər arasında “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu, gənclərdə isə “Real Madrid”in 19 yaşlı ulduzu Arda Gülər yer alıb. Hakan Çalhanoğlu ötən mövsüm İtalya klubunun heyətində möhtəşəm sezon keçirmişdi. Arda isə “Real”da çıxdığı 16 oyunda 8 qolla yadda qalıb. 

Qeyd edək ki, bu günə qədər Yıldıray Baştürk, Hasan Şaş və Nihad Kahveci kimi türk futbolçular sözügedən mükafata namizəd olub.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!