Tərtərdə 2 yaşlı uşağı qətlə yetirməkdə təqsirləndirilən Elmir Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Yenisabah.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, ötən il iyulun 2-də Tərtər rayonu, Hacıqərvənd kəndində 2018-ci il təvəllüdlü Ömər Ağazadəyə ağır xəsarət yetirilib. Ömər Ağazadə 03 iyul 2020-ci il tarixdə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. pizza
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. (APA)
Telegram kanalımız