2 yaşlı uşağın başına faciə gəldi – Soyuducunu açdı və...

saytların hazırlanması

Evə çatdırılma

2 yaşlı uşağın başına faciə gəldi – Soyuducunu açdı və...

Dünya

19 İyul 2025 10:50 433


Türkiyənin Bursa şəhərində 2 yaşlı uşaq təsadüfən soyuducuda saxlanılan dərmanları qəbul etdikdən sonra xəstəxanalıq olub.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Osmanqazi rayonunda baş verib. Valideynlərin diqqətsizliyi nəticəsində azyaşlı uşaq soyuducunun içindəki dərmanlara əl atıb və bir neçə həb qəbul edib. Qısa müddət sonra uşağın halı pisləşib və təcili tibbi yardım çağırılıb.

Təxirəsalınmaz şəkildə xəstəxanaya yerləşdirilən uşağın mədəsinin yuyulduğu və müalicəsinə dərhal başlandığı bildirilib. Hazırda onun vəziyyətinin stabil olduğu qeyd olunur. Dominos pizza

Məsələ ilə bağlı araşdırma aparılır. Həkimlər valideynləri xüsusilə azyaşlı uşaqları olan ailələri dərmanları onların əli çatmayan, təhlükəsiz yerlərdə saxlamağa çağırır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!