20 illik aviaşirkət bağlanır: Sərnişinlərin  bilet pulu...

saytların hazırlanması

Evə çatdırılma

20 illik aviaşirkət bağlanır: Sərnişinlərin bilet pulu...

Dünya

12 İyun 2025 10:43 320


Sinqapur mərkəzli aviaşirkət "Jetstar Asia" iyulun 31-də fəaliyyətini dayandıracağını açıqlayıb. Şirkət bağlandıqdan sonra sərnişinlərə tam məbləğdə bilet pulu geri qaytarılacaq.

Yenisabah.az xəbər verir ki, "Qantas" şirkətlər qrupuna daxil olan "Jetstar Asia" bu qərarı tədarükçü xərclərinin 200 faizə qədər artması, hava limanı rüsumlarının yüksəkliyi və regiondakı kəskin rəqabət səbəbilə qəbul etdiyini bildirib.

Şirkətin bağlanması ilə 500-dən artıq əməkdaş işdən azad ediləcək. pizza hut

Açıqlamaya görə, bəzi reyslər "Qantas Group"a daxil olan digər aviaşirkətlərə ötürülə bilər. "Jetstar Asia" qarşıdakı 7 həftə ərzində uçuşları tədricən azaldacaq və  sərnişinlərlə birbaşa əlaqə saxlanılacaq.

Qeyd edək ki, 20 ildir fəaliyyət göstərən şirkət bu maliyyə ilində 35 milyon Avstraliya dolları zərər proqnozlaşdırırdı.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!