20 qat “Böyük dəbilqə“ çempionu idmandan gedir

saytların hazırlanması

Evə çatdırılma

20 qat “Böyük dəbilqə“ çempionu idmandan gedir

İdman

16 Sentyabr 2022 15:30 997


20 qat "Böyük dəbilqə" çempionu Rocer Federer idman karyerasını başa vurги.

Yenisabah.az BBC Sport-a istinadla xəbər verir ki, 41 yaşlı isveçrəli tennisçi ötənilki Uimbldon turinirdən sonra oynamayıb.

Onun son turniri gələn həftə Londonda baş tutacaq “Lavery Cup” olacaq. pizza

Qeyd edək ki, Federer ən titullu tennisçidir. O, 8 qat Uimbldon, 5 qat isə “US Open" çempionudur.

Xatırladaq ki, onun ümumilikdə 103 titul var. Kişi tennis tarixində ondan yalnız Cimmi Konnors daha çox titul qazanıb - 109 titul. Federer 310 həftədir ki, dünyanın bir nömrəli raketkası olub.

Keçən ilə qədər isə bu, dünyada ən yaxşı göstərici idi, lakin ötən ilin martında Novak Cokoviç ondan üstün olub. O, 237 həftə ardıcıl birinci yerdə olub, unikal rekorda imza atıb. Federer, həmçinin Devis Kubokunun və 2008 Pekin Olimpiadasının qalibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!