20 seçki məntəqəsində qanun pozuntusu baş verib -   Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

20 seçki məntəqəsində qanun pozuntusu baş verib - Rəsmi

Sosial

26 Dekabr 2019 08:27 1112


Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb.

"Yeni Sabah"ın “Report”a istinadən xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, ümumilikdə 20 seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.

Onun sözlərinə görə, pozuntularla bağlı daxil olan müraciətlər və sosial şəbəkələrdə yayımlanan pozuntuların görüntüləri 9 bələdiyyə üzrə 20 məntəqəyə aiddir: “Bu da 0.5 faizdən bir az çox deməkdir. Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı on faiz, 16-sı bir faiz edir. Doqquz bələdiyyə isə yarım faizdən bir az çoxdur”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!