20 yaşlı futbolçu dünyasını dəyişdi 

saytların hazırlanması

Evə çatdırılma

20 yaşlı futbolçu dünyasını dəyişdi 

İdman

18 İyul 2024 12:47 898


Ekvadorun "Barselona" klubunun qapıçısı Castin Kornexo 20 yaşında dünyasını dəyişib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kornexo bazar ertəsi evində duş qəbul edərkən yıxılıb və kəllə-beyin travması alıb. Futbolçu huşsuz vəziyyətdə tapılıb, bundan sonra xəstəxanaya yerləşdirilib. Kornexonun vəziyyəti ağır olub və həkimlərin səylərinə baxmayaraq, çərşənbə axşamı dünyasını dəyişib. Ölümün səbəbi aorta anevrizması olub.  pizza mizza

Qeyd edək ki, Kornexo "Barselona"nın (Ekvador) ehtiyat qapıçısı idi. O, Ekvadorun gənclər yığmasında da bir oyun keçirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!