200 komanadada oynadı, hamısında qol vurdu - Futbolda ilk

saytların hazırlanması

Evə çatdırılma

200 komanadada oynadı, hamısında qol vurdu - Futbolda ilk

İdman

25 Noyabr 2024 11:28 719


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 200 fərqli komandaya qol vuran ilk oyunçu olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 39 yaşlı hücumçu buna "Əl-Qadisiya"ya uduzduqları (1:2) çempionatın XI turunun matçında fərqlənməklə nail olub. Sezar pizza

Təcrübəli forvard 152 kluba, 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı oynayıb .

Ronaldunun ən çox qol vurduğu klub İspaniya təmsilçisi "Sevilya"dır (27 qol). O, Lüksemburq millisinin qapısından isə 11 top keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!