“2001 təvəllüdlü hər 30 ermənidən biri bu müharibədə həyatını itirib” -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“2001 təvəllüdlü hər 30 ermənidən biri bu müharibədə həyatını itirib” - Açıqlama

Siyasət

16 Noyabr 2020 10:59 1084


"Bu qrafik Ermənistan hərbi itkilərinin yaş bölgüsünü göstərir. İndiyədək təxminən 1400 nəfərin adını və doğum ilini açıqlayıblar. Daha sonra rəsmən deyiblər ki, toplam itkilər 2400 nəfərdir, amma o 1000 nəfərin məlumatları hələ açıqlanmır. Əgər o 1000 nəfərin yaş bölgüsü də eynidirsə (əslində, eyni olmalıdır), onda 2001-ci ildə doğulan hər 30 erməni oğlandan biri bu müharibədə həyatını itirdi".

Yenisabah.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.

O bununla bağlı paylaşdığı cədvələ əlavə şərh verərək bildirib ki, belə itkilərə Ermənistan cəmiyyəti davam gətirə bilməz: pizza hut

"Müharibədən sonra ölkədən insan axını daha da güclənəcək. Demoqrafik göstəricilərinə görə Ermənistan onsuz da yaxşı mövqedə deyildi, bundan sonra isə fəlakət həddinə yaxınlaşır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!