“2010-cu ildəki faciə təkrarlana bilər” -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“2010-cu ildəki faciə təkrarlana bilər” - XƏBƏRDARLIQ

Sosial

04 May 2026 14:39 116


Aramsız yağıntılar Xəzər dənizi səviyyəsini qaldırsa da, coğrafiyaşünaslar prosesin müvəqqəti xarakter daşıdığını deyir. Bununla belə, Kür çayında baş verən daşqın hadisəsinin təkrarlana biləcəyini vurğulayırlar.

Coğrafiya İnstitutunun direktor əvəzi, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani  “Yeni Sabah”a bildirib ki, yağıntılar nəticəsində Lənkəran-Astara zonasında dəniz səviyyəsində artım qeydə alınıb.

“Ümumən dağlıq ərazilərdə buzlaqların sahəsi azalıb və qlobal istiləşmənin buzlaqlara təsiri intensiv deyil. Su səviyyəsinin qalxmasının əsas səbəbi məhz aramsız yağışlardır.

Keçən həftə müxtəlif ərazilərə tədqiqatçılar göndərilib və monitorinqlər aparılıb. Mütəxəssislərin müşahidələrinə görə, yağıntıların təsiri nəticəsində su səviyyəsi yüksəlsə də, bu dəyişikliklər əsasən müvəqqəti xarakter daşıyır.

Yağıntılar azaldıqdan sonra həm Kür çayında, həm də Xəzər dənizində səviyyə yenidən aşağı düşəcək”.

Z.İmrani qeyd edib ki, dəqiq proqnoz vermək çətindir:

“Çünki Azərbaycanda çayların səviyyəsini, sürətini və su həcmini davamlı ölçən stasionar hidrometeoroloji müşahidə məntəqələri yoxdur. Tədqiqatçılar yalnız müəyyən dövrlərdə ekspedisiyalara gedib ölçmə aparırlar”.

O əlavə edib ki, dağlarda hələ əriməmiş qar var və əgər bu qar sürətlə ərisə, Kür çayında su səviyyəsi kəskin artaraq 2010-cu ildəki daşqın hadisəsinin təkrarına səbəb ola bilər. Lakin buzlaq sahəsinin azalması ucbatından yaxın zamanda sürətli ərimə ehtimalı yüksək deyil.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!