Nazpəri Dostəliyeva vəfat edən oğlundan danışıb.
“Yeni Sabah” xəbər verir ki, Xalq artisti “Zarafat bir yana” verilişində ona ünvanlanan “Övladınızı itirdikdən sonra necə ayaqda qaldınız” sualına belə cavab verib:
“Bu gün Əli balamın yadigarı Tamerlanım var. Mənim haqqım varmı onları buraxıb gücsüz dayanmağa? O dərdi mən bu ürəyimdə elə çəki ilə daşıyıram ki, onu heç kim daşıya bilməz, amma mən daşıyıram. Hadisə martın 22-si Novruz bayramı günü baş vermişdi. Dedik, güldük, yedik, içdik. Plov yeyəndən sonra dedi ki, mədəm narahatdır, gedim uzanım. Dedim ki, get. Sonra bacım ondan soruşdu ki, sənə nə olub? Dedi, su istəyirəm. Qonağımız da həkim idi. Otağa girib baxdı. Uşağın dodaqları, gözünün altı göyərmişdi. Başqa həkimlə də danışdım. Baxan kimi dedi ki, ayağa qalxmasın, tərpənməsin. Oturdum yanında, mənimlə söhbət etdi. Dedi ki, heç vaxt səhnəni buraxma, səni sevənlər var. Qayıtdı ki, haqqını mənə halal et. Tamerlanımı da sənə tapşırıram. Ondan sonra özümə qəsd də etdim, Allah ölməyə qoymadı”.
Xatırlatma: Xalq artistinin oğlu Əli 2021-ci ildə ürəktutmasından vəfat edib.
Aydan Hacı
Telegram kanalımız