Bazar ertəsi neft qiymətləri yüksəlib.
"Yeni Sabah" xəbər verir ki, Londonun "ICE Futures" birjasında iyul ayı üçün "Brent" fyuçersləri 3,91 dollar (3,61%) artaraq barel üçün 112,08 dollara çatıb.
NYMEX birjasında iyun ayı üçün WTI fyuçersləri 3,46 dollar (3,35%) artaraq barel üçün 105,35 dollar təşkil edib.
Telegram kanalımız