“Space” TV-nin yeni baş direktoru kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

“Space” TV-nin yeni baş direktoru kimdir? - DOSYE

Sosial

04 May 2026 16:27 325


Xəbər verildiyi kimi, "Space" televiziyasına yeni baş direktor təyin edilib. Telekanalın təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev artıq telekanalın kollektivinə təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, Ayaz Mustafayev 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində ali təhsil alıb.

O, burada beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, İnsan resurslarının inkişafı şöbəsində çalışıb.

2010 – 2011-ci illərdə University of Malta-da diplomatiya üzrə magistr dərəcəsinə yiyələnib.

2011-2012-ci illərdə ADA Universitetində xarici xidmət üzrə təkmilləşdirilmiş proqramı keçib, ixtisasartırma kursunun müdavimi olub.

2015-ci ildə Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində işləyib.

2018-2019-cu illərdə AzTV-nin London bürosunda çalışıb.

2020-2024-cü illərdə müxtəlif özəl şirkətlərdə ayrı-ayrı vəzifələrdə işləyib.

2024-cü ilin oktyabrında o, Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunda İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinə rəhbər təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!