Abşeronda kirayə qalanlar görün evdə nə etdilər? -   Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda kirayə qalanlar görün evdə nə etdilər? - Qalmaqal

Hadisə

04 May 2026 16:39 150


Abşeronda kirayə qalan şəxslər ev sahibinə ciddi ziya vurublar. 

Bunu “Yeni Sabah” açıqlamasında şikayətçi Arzu Məmmədova deyib. 

Onun sözlərinə görə, valideynlərinə məxsus mənzildə yaşayan kirayəşinlər əmlakı qəsdən dağıdıblar. 

Vətəndaşın iddiasına əsasən, kirayə qalan şəxslər valideynlərinin yaşlı olmasından və etibarından sui-istifadə edərək aşağıdakı əməlləri törədiblər:

“Biz mənzili ötən yay alımışıq. Bir müddət sonra mənzil Feyziyeva Günay Torxan qızına və Xurşudov Xaliq Teyyub oğluna kirayə verilib. Kirayədə yaşadıqları müddətdə, elə ilk gündən kirayə haqqının ödənişində gecikmə halları vardı. Mənim valideynlərimin bu hallara göz yumub. Amma sözügedən şəxslər xoş niyyətdən sui-istifadə edib. Valideynlərim rayonda yaşadığı üçün, mənzili mütəmadi yoxlaya bilməyiblər.

Son dəfə mənzilə baxmağa gedəndə isə görüblər ki, istilik sisteminin (kombi) üzərindəki metal hissələr sökülərək oğurlanıb. Onlar evin daxili divar boyalarına və ümumi strukturuna ciddi ziyan vurublar və kirayə haqqını ödəmədən mənzili gizlicə tərk ediblər. Həmin şəxslərin tapılması ilə əlaqədar, mənə yardım göstərilməsini istəyirəm. Özüm Polşada yaşayıram. Valideynlərim isə yaşlıdır”.

Arzu Məmmədova həmin şəxslərin əlaqə telefonlarını itirdiklərini, ona görə də mənzilə ziyan vuran şəxsərlə əlaqə qura bilmədiyini söyləyib. 

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!