2018-ci ildən Ermənistan əhalisi azalır - “Joqovurd” nəşri

saytların hazırlanması

Evə çatdırılma

2018-ci ildən Ermənistan əhalisi azalır - “Joqovurd” nəşri

Rəsmi

09 Fevral 2022 11:59 792


2022-ci il yanvarın 1-nə Ermənistanın daimi əhalisi 2 milyon 961,0 min nəfərdir. 2021-ci ilin eyni dövründə Ermənistanın daimi əhalisi 2 milyon 963,3 min, 2019-cu ilin əvvəlində isə 2 milyon 965,3 min nəfər olub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Ermənistan Statistika Komitəsinin məlumatlarına istinad edən nəşr əlavə edib: pizza

“Şəhər sakinlərinin sayı 1 milyon 069,1 min nəfərdir. O cümlədən İrəvan şəhərinin daimi əhalisi 1 milyon 092,7 min nəfər.

2021-ci il iyulun 1-nə Ermənistanın daimi əhalisi 2 milyon 964,6 min nəfər, o cümlədən şəhər əhalisi 1 milyon 896,7 min nəfər, kənd əhalisi isə 1 milyon 067,9 min nəfər olub. 2020-ci il iyulun 1-nə Ermənistanın daimi əhalisi 2 milyon 963,0 min nəfər olub, yəni inqilabdan sonra əhalinin sayı azalmaqda davam edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!