2020-ci ildə bu yollar təmir ediləcək - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

2020-ci ildə bu yollar təmir ediləcək - Siyahı

Sosial

06 Fevral 2020 14:25 1264


2020-ci ildə Bakı şəhəri, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.

Bu barədə "Yeni Sabah"a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, ümumi uzunluğu 157.7 km olan Xəzər (20 km), Sabunçu (15 km), Binəqədi (30km) və Abşeron (29.2 km) rayonlarının qəsəbədaxili yollarının, Suraxanı rayonunun Yeni Suraxanı (31.6 km) qəsəbəsinin yollarının, həmçinin Xırdalan (10.5 km) və Sumqayıt (21.4 km) şəhərlərinin küçələrinin və yaşayış massivlərinin yollarının təmiri davam etdirilir. Sezar pizza

Bundan əlavə, dövlət investisiya proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu üzrə ümumi uzunluğu 171.5 km olan qəsəbədaxili küçə və yolların təmiri işləri də aparılır:

- Xəzər r-nu – 34.4 km;

- Xətai r-nu – 23.8 km;

- Binəqədi r-nu – 16.1 km;

- Qaradağ r-nu – 15.45 km;

- Nərimanov r-nu – 9.15 km;

- Nizami r-nu – 4 km;

- Nəsimi r-nu – 8.27 km;

- Sabunçu r-nu – 22.54 km;

- Sabail r-nu – 8.79 km;

- Suraxanı r-nu – 17.94 km;

- Yasamal r-nu – 7.13 km;

- Pirallahı r-nu – 4 km.

2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301.5 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!