"2020-ci ilin noyabr ayından bəri Qarabağda təxminən 70 milyard dram (təxminən 140 milyon dollar - red.) dəyərində proqramlar həyata keçirilib".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin avqustun 18-də keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu proqramların icrası davam edir. "Bu istiqamətdə irəliləməyə davam edəcəyik", - Paşinyan vurğulayıb. Sezar pizza
Ermənistanın baş naziri izah edib ki, hökumətin ən vacib vəzifələrindən biri Dağlıq Qarabağ probleminin həlli və idarə olunmasıdır.
O deyib: “Noyabrın 18-də dərc olunan yol xəritəmizdə Dağlıq Qarabağla birbaşa əlaqəli iki məqam var idi: ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin tam bərpası və Dağlıq Qarabağda normal həyatın bərpası. İkinci məsələdə olduqca fəal olduq".
Telegram kanalımız