"2021-ci ildə orduda intiharların və özünə zərər verənlərin sayı artıb, bunu son faciəli hadisə də sübut edir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın hüquq müdafiəçisi Kristine Qriqoryan mayın 13-də jurnalistlərlə söhbətində bildirib.
O, qeyd edib ki, Ombudsman vaxtaşırı bu mövzuda təqdimatlar edir. Marqarita pizza
K. Qriqoryan bildirib ki, hərbi ombudsman institutunun tətbiqi məsələsi müzakirə olunub:
“Hazırda mən mövcud İnsan Hüquqları Müdafiəçisi institutunun inkişafına daha çox vəsait yönəltməyi, daha sonra ayrıca ofis yaratmaq barədə düşünməyi zəruri hesab edirəm”.
Xatırladaq ki, mayın 11-də Ermənistandakı hərbi hissələrdən birinin hərbi postunda hərbçi Argişti Yeqyanın meyiti tapılıb. Faktla bağlı cinayət işi başlanıb. İlkin məlumata görə, Yeqyan intihar edib.
Telegram kanalımız