2023-cü ildə futbol agentlərinə rekord məbləğ ödənildi

saytların hazırlanması

Evə çatdırılma

2023-cü ildə futbol agentlərinə rekord məbləğ ödənildi

İdman

14 Dekabr 2023 18:14 935


FIFA 2023-cü ildə futbol agentlərinə ödənilmiş məbləği açıqlayıb.

Qurumun rəsmi saytı xəbər verir ki, klublar cari ildə menecerlərə 888,1 milyon ABŞ dolları veriblər.

Bu, rekord göstəricidir. Belə ki, 2022-ci ildə bu məbləğ 654,7 milyon dollar olub. pizza mizza

Agentlərə ödənişlərin 86,6 faizini Avropa klubları ediblər. Bunun 280 milyon dolları İngiltərə təmsilçilərinə məxsusdur. Səudiyyə Ərəbistanı klubları (86 milyon dollar) ikinci sıradadır.

Qadın futbolunda isə agentlərə ödənişlər ilk dəfə bir milyon dolları ötüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!