2024-cü ildə uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Dani Karvaxal ən yaxşı müdafiəçi seçilib.
Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, İspaniya millisinin təcrübəli müdafiəçisi 2023/24 mövsümünü dörd kubokla başa vurub.
Belə ki, Dani Karvaxal bu mövsüm çıxdığı oyunlarda yeddi qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. O bundan başqa AVRO-2024, Çempionlar Liqası, La Liqa və İspaniya Superkubokunu başının üzərinə qaldırıb. Pepperoni pizza
Qeyd edək ki, Dani Karvaxal Çempionlar Liqasının son qolunu vurub və final görüşünün ən yaxşı oyunçusu seçilib.
Telegram kanalımız