Bu il dünyanı gözləyən bəla – Xəstəlikdən kimlər qurtulacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bu il dünyanı gözləyən bəla – Xəstəlikdən kimlər qurtulacaq?

Dünya

28 Dekabr 2024 13:00 306


2025-ci ildə dünya yenidən sağlamlıq sınaqları ilə üz-üzə qala bilər. Yeni xəstəliklərin ortaya çıxması, mövcud virusların mutasiyaya uğraması və qlobal iqlim dəyişikliyi pandemiyalar riskini artırır.

Yenisabah.az xəbər verir ki, həkimlər və mütəxəssislər yaxın gələcəkdə cəmiyyətləri gözləyən potensial epidemiyalar barədə xəbərdarlıqlar edirlər.

Heyvanlar arasında yoluxma hallarının artması quş qripinin insanlar arasında da yayıla biləcəyi ilə bağlı narahatlıqları da artırıb. 2019-cu ildə COVID-19 pandemiyası dünyanı silkələyəndən bəri səhiyyə mütəxəssislərinin gündəmi demək olar ki, heç vaxt boş olmayıb. pizza sifarişi

Xüsusilə 2023 və 2024-cü illərdə meymun, malyariya və quş qripi epidemiyaları dəfələrlə narahatlıq doğursa da, mütəxəssislər 2025-ci ildə hansı xəstəliklərin ciddi böhrana səbəb ola biləcəyini düşünürlər. Nottingem Trent Universitetinin Mikrobial Bioinformatika üzrə dosenti Conor Meehan "The Conversation" jurnalındakı məqaləsində quş qripinin 2025-ci ildə səhiyyə gündəminin əhəmiyyətli hissəsini tuta biləcəyini yazıb.

"Qrip virusu hazırda böyük narahatlıq doğurur və 2025-ci ildə ciddi problemə çevrilmək ərəfəsindədir. Bu, bəzən "quş qripi" adlandırılan A qripinin H5N1 alt növüdür", - Meehan deyib.

Bu virus hazırda həm vəhşi təbiət, həm də quşlar arasında sürətlə yayılır. Bu yaxınlarda bu virusa ABŞ ştatlarında inəklərdə, Monqolustanda isə atlarda rast gəlinib.

“Hələlik insandan insana keçmir”

Heyvanlar arasında halların artması virusun insanlar arasında da yayıla biləcəyi ilə bağlı narahatlıqları artırıb. Bu il ABŞ-da patogenə 61 insan yoluxma halı qeydə alınıb. Əksər hallara fermerlərin yoluxmuş mal-qara ilə təmasda olması və ya çiy süd içən insanlar səbəb olub. Əvvəlki iki ildə ABŞ-da yalnız iki hadisə qeydə alınıb. Buna görə də 2024-cü ildə quş qripinə yoluxma hallarının əhəmiyyətli dərəcədə artması müşahidə olundu. Virusdan ölüm nisbəti yüzdə 30-dur.

Digər tərəfdən, H5N1 quş qripinin insandan insana keçdiyinə dair hələ heç bir sübut yoxdur. Qeydə alınan hallarda virusun heyvanlardan insanlara keçdiyi görünür. Bu, virusun insanlarda pandemiyaya səbəb olma ehtimalını xeyli azaldır.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!