21 milyonluq yeyinti ilə bağlı Baş Prokurorluğa müraciət edilib

saytların hazırlanması

Evə çatdırılma

21 milyonluq yeyinti ilə bağlı Baş Prokurorluğa müraciət edilib

Kriminal

08 May 2020 10:40 1115


Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturuna daxil olan qurumlarda daxili nəzarət, audit tədbirləri və inventarlaşma tədbirləri həyata keçirilib ki, bu tədbirlər nəticəsində 21,5 mln. manat vəsait itkisi aşkar olunub, onlardan 7,1 mln. manatı bərpa olunub, 14,4 mln. manatının tutularaq bərpa edilməsi üçün tədbirlər görülüb.

Yenisabah.az xəbər verir ki, bu, ƏƏSMN-nin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, bu hallarla bağlı 556 nəfər barəsində intizam tənbeh tədbiri görülüb, cinayət tərkibi ehtimal olunan 28 xidməti araşdırma üzrə materiallar Baş Prokurorluğa təqdim olunub./Report pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!