21 min manatlıq oğurluq edən şəxs nəzarət kameralarını da özü ilə götürdü

saytların hazırlanması

Evə çatdırılma

21 min manatlıq oğurluq edən şəxs nəzarət kameralarını da özü ilə götürdü

Kriminal

22 May 2021 15:24 1482


Sumqayıtda oğurluq edən şəxs saxlandı.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb. 

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mebel salonlarının birindən 21 250 manat dəyərində 3 ədəd kondisioner, transformator hissələri, 1 ədəd DVR, 1 ədəd monitor, 15 ədəd görüntü kamerası, kamera-mühafizə rejimi qurğuları, yanğın təhlükəsizliyi komplekt siqnalizasiya sistemi qurğuları və 2 000 metr elektrik naqil oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb. pizza sifarişi

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!