21 müsəlman ölkəsi İsraili pislədi

saytların hazırlanması

Evə çatdırılma

21 müsəlman ölkəsi İsraili pislədi

Dünya

17 İyun 2025 11:11 282


21 müsəlman ölkəsinin xarici işlər nazirləri birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib.

Yenisabah.az xəbər verir ki, tərəflər vəziyyətin təhlükəli şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər.

Bəyanatı İraq, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Küveyt, Bəhreyn, İordaniya, Misir, Sudan, Əlcəzair, Komor adaları, Cibuti, Somali, Liviya, Mavritaniya, Pakistan, Türkiyə, Çad və Bruney xarici işlər nazirləri imzalayıblar. pizza

Sənəddə qeyd olunub ki, gərginliyin artması bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi nəticələr doğurur və bu hücum dərhal dayandırılmalıdır.

Bəyanat müəllifləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zəmanəti altında olan nüvə obyektlərinin agentliyin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hədəfə alınmamasının vacibliyini vurğulayıb və bildiriblər ki, nüvə obyektlərinə hücum beynəlxalq qanunların və humanitar hüququn açıq şəkildə pozulmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!