21 yaşınadək şəxslərin kazinoda iştirakına yol verilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

21 yaşınadək şəxslərin kazinoda iştirakına yol verilməyəcək

Sosial

18 İyun 2025 14:25 287


21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu, "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanuna əlavə edilən yeni – 3-1-ci Fəsildə əksini tapıb.

Layihəyə əsasən, kazino oyunlarının təşkilatçısı və operatoru "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının, bu Qanunun 8-2.5-ci maddəsi ilə müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinə uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenzivanın davandırılması və va ləğvi üçün əsasdır. Sezar pizza

Bu fəslin müddəaları süni torpaq sahələrində "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lotereyaların və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada idman mərc oyunlarının keçirilməsini istisna etmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!