21 yaşlı gənc Ağdaş sakinini ürəyindən bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

21 yaşlı gənc Ağdaş sakinini ürəyindən bıçaqladı

Kriminal

11 Yanvar 2022 10:59 773


Ağdaşda tanımadığı şəxsi bıçaqlayan şəxsə cinayət işi açılıb.

Bu barədə Yenisabah.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 10-u saat 01 radələrində Ağdaş rayonu, Ləki qəsəbə sakini Zaur Əliyevə tanımadığı şəxs tərəfindən yaşadığı evin həyətində ürək nahiyəsindən bıçaqla xəsarət yetirilməsi və həmin şəxsin hadisə yerindən qaçması barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!