21 yaşlı həmkəndlisini bıçaqlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

21 yaşlı həmkəndlisini bıçaqlayan şəxs tutuldu

Kriminal

07 Fevral 2022 10:05 617


Ağcabədi rayonunda həmkəndlisini bıçaqlayan şəxs tutulub.

Yenisabah.az-ın xəbərinə görə, hadisə fevralın 4-də rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əfqan Hüseynov həmkəndlisi Orxan Əliyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, O.Əliyevə bir neçə bıçaq zərbəsi endirib. pizza sifarişi

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra Ə.Hüseynov saxlanılaraq istintaqa təqdim edilib.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!