22 400 ABŞ dollarının ölkədən çıxarılmasının qarşısı alınıb

saytların hazırlanması

Evə çatdırılma

22 400 ABŞ dollarının ölkədən çıxarılmasının qarşısı alınıb

Kriminal

01 İyul 2020 12:00 761


Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar. 

Yenisabah.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən "Mercedez-Benz Atego" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!