22 illik müavinini son mənzilə yola salmağa gəlmədi - Foto

saytların hazırlanması

Evə çatdırılma

22 illik müavinini son mənzilə yola salmağa gəlmədi - Foto

Siyasət

04 Avqust 2025 18:32 49654


Xəbər verdiyimiz kimi, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışmış Elçin Əfəndiyev ötən gün vəfat edib. Mərhumla vida mərasimi bu gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutub.

Elçin Əfəndiyev dövlət idarəçiliyindəki fəaliyyəti ilə də yadda qalıb. O, 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. Bu dövrdə ölkənin sabiq Baş naziri Artur Rasi-zadə ilə birgə işləyib.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, E.Əfəndiyevin uzun il həmkarı olan, hazırda ictimai-siyasi həyatda görünməyən sabiq Baş nazir A.Rasi-zadə dəfn mərasimində şəxsən iştirak etməyib. Buna baxmayaraq, o, mərhuma ehtiram əlaməti olaraq I Fəxri xiyabana əklil göndərib. pizza hut

Qeyd edək ki, Artur Rasi-zadə bu il 90 illik yubileyini qeyd edib. O, 1996-2018-ci illərdə ölkənin Baş naziri postunda olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məzahir
    Mənim heç xoşum gəlmir bu Arturlardan...!
    9 months ago
  • Nata
    Allah rəhmət etsin. Gəlməyib, demək ki,bir nəsə bir işi olub, ya səhhəti yol verməyib.Qocalardan əl çəkmək lazımdır, qoyun son illərini rahat yaşasınlaronlar uşaq kimidirlər. O qocalıqdan hamıya var.
    9 months ago
  • Sevda
    Salam.Niyə hər şeyə pis tərəfdən yanaşırıq, insandır,bəlkə fiziki cəhətdən gəlmək gücündə deyil?! Özünüz qeyd etmisiniz ki,90 yaşı var.Ay insanlar,bir-birimizi cəkisdirməyək, ölümlü dünyadır.
    9 months ago